{ TƏLƏB OLUNAN PROQRAMÇI OL! }

"FRONT-END", "BACK-END", "ANDROİD", "İOS" VƏ "DESKTOP" PROQRAMÇISI. BUNUNLA YANAŞI XARİCİ ŞİRKƏTLƏRDƏ İŞ TAPMAĞINIZ ÜÇÜN SİZƏ DƏSTƏK OLURUQ. MÜSAHİBƏLƏRDƏN KEÇƏ BİLMƏYİNİZ ÜÇÜN PORTFOLİONUZDA REAL PROYEKTLƏR, TƏCRÜBƏ PROQRAMI, TEXNİKİ VƏ DANIŞIQ İNGİLİS DİLİ TƏDRİS EDİRİK. SİZ İŞƏ DÜZƏLƏNƏ QƏDƏR SİZƏ DƏSTƏK OLURUQ. BÜTÜN BUNLARIN BİR KURSDA CƏMLƏŞMƏSİ İNANDIRICI SƏSLƏNMİR? ONDA OFİSİMİZƏ YAXINLAŞIN BİZİMLƏ DAHA YAXINDAN TANIŞ OLUN.

Optimal iştirakçı sayı

Düşərgəmizin hər sinfi 12-15 tələbədən ibarət olur ki, bu da tədrisin daha effektiv keçirilməsinə zəmin yaradır.

daha çox məlumat

Praktiki tədris

Kurs müddətində qoşulacağınız bir sıra real layihələr ilə məzun olduqda daha zəngin iş portfelinə və CV-yə sahib olacaqsınız.

Zəmanətli tədris

Tələbələr üzrlü və əsaslı səbəblərlə kursu müvəffəqiyyətlə yekunlaşdıra bilmədikdə növbəti tədris qrupuna ödənişsiz qoşulma imkanına sahibdir.

Təlimçi haqqında

 BİR DİL ÖYRƏN, UNİVERSAL PROQRAMÇI OL! 

Proqramlaşdırma sahəsinə yönələnlər arasında növbəti sual hələ də aktuallığını qoruyur. Hardan başlayım, hansı dili öyrənim?

Çox saylı proqramlar və müvafiq olaraq da müxtəlif dillərlə zəngin proqramlaşdırma dünyasının bu gün üçün başlıca ehtiyacı universal dilin olmasıdır. Elə bir dil ki, onunla bütün sahələrdə proqramlaşdırmaq mümkün olsun.

"JavaScript" dilinin sürətli inkişafı, xüsusən də 2010-cu ildə "Node.JS" texnologiyasının bazara təqdimatından sonra "universal dil" ideyası reallaşmağa başladı.

Bu necə ola bilər? Belə bir şey mümkündürmü? Buna bənzər bir çox sualların yaranacağını başa düşdüyümüzdən sizi təlimçimiz Elşad Ağazadə ilə onlayn görüşə dəvət edirik.

Kurrikulum ilə ətraflı tanış olun

 Məzunlarımızın rəyləri  

Card image cap
Cavidan Mahmudoğlu
Mover.az şirkəti, Back-end Developer

Elşad Ağazadə mənim proqramlaşdırmaya təməlimi qoyan şəxslərdəndir. Sıfırdan başlayan biri kimi həm elmi, həm texniki həm də psixoloji dəstəyi çox olub üzərimdə. Bir müəllim kimi tələbəsinə ən doğru yolu və ən doğru seçimləri verərək mənim inkişafımı gözləniləndən daha artıq dərəcəyə gətirib çıxardıb. Öz təcrübələrini mənimlə bölüşürdü və bir çox xarici şirkətlərdəki iş prinsiplərini bizə dərinləməsinə izah edirdi. Mənim bir developer olaraq formalaşmama və inkişafima göstərdiyi dəstəyə görə Elşad müəllimə təşəkkürlərimi bildirirəm.

Ardı →
Card image cap
Nübar Xalidova
WeTravel şirkəti, Back-end Developer

İT sahəsinə başlamağa qərar vermisinizsə, Elşad müəllim bu prosesdə həm təlimçi, həm də dost kimi ən böyük qazancınız olacaq. Nəzərə alsaq ki, hazırki dövrdə kursların əsas məqsədi sillabusu bitirmək və coder yetişdirməkdir, bundan fərqli olaraq onun təlimçiliyi ilə öyrənəcəyiniz mövzuların realda tətbiqindən də xəbərdar olacaqsınız. Hansı ki, bu sizi rəqiblərinizdən daha öndə edəcək. Onun təlimi ilə keçdiyim proqramlaşdırma düşərgəsi texnikini biliklərdən əlavə komandada çalışmaq bacarığımı inkişaf elətdirməyə yardımçı olmuşdur.

Ardı →
Card image cap
Qabil Orucov
WeTravel şirkəti, Back-end Developer

Elşad Ağazadə IT sahəsində olan ən güclü mütəxəssislərdən biridir. Onun Dünya bazarında böyük iş təcrübəsi olmuş və hər zaman təcrübələrini tələbələri ilə paylaşmağa can atmışdır. Tələbələrinə qarşı olan diqqəti onun eyni zamanda yüksək mentorluq qabiliyyətinin göstəricisidir. Ondan öyrəndiyim dəyərli İT və eyni zamanda həyat bilgiləri mənim şəxsi inkişafıma təsir etmişdir. Onun məsləhətləri və düzgün məqsədə doğru istiqamətləndirməsi mənim İT sahəsində karyeramın qurulmasında vacib rol oynamışdır. Elşad Azərbaycanda İT ekosisteminin qurulmasında və işçi bazarında keyfiyyətli developerlərin yetişdirilməsində iştirak edən aktiv şəxslərdən biri olmuşdur və olmaqdadır.

Ardı →
Card image cap
Tural Muradov
OnePoint kredit platforması, Software Developer

Elşad Ağazadə IT sahəsində tanıdığım ən təcrübəli mütəxəssislərdən biridir. Müəllimim olduğu müddətdə bizimlə öz təcrübələrini maksimum bölüşməyə çalışıb və hər problemimizdə köməkliyini əsirgəməyib. Onun xarici bazarda iş təcrübəsinin olması bizə, yəni ki, tələbələrə böyük faydası olmuşdur. Xarici bazarda görülən işlərləri, onların təcrübələrini bizimlə bölüşüb və bizim yaxşı developer kimi formalaşmamızda böyük əməyi olub.

Ardı →
Card image cap
Zamiq Əliyev
Kapital Bank, Backend/Python Developer

Elşad Ağazadə Azərbaycanda tanıdığım ən mükəmməl təlimçilərdəndir. Pedaqoqluq bacarığı və IT sahəsində 10+ il mühəndislik təcrübəsini tələbələri ilə bölüşməyə təşəbbüs göstərmişdir. Bu sahəyə yeni başlayan və ya bilikləri olub onu daha da mükəmməlləşdirmək üçün ünvan olaraq Elşad müəllimin proqramlaşdırma məktəbinə qatılmağınız ən düzgün seçimdir. Mənə bu sahəni sevdirən IT sahəsində hər şeyi başa düşmək üçün öz bilik və bacarıqlarını bölüşməkdə hər zaman fəallıq göstərmiş, daha əvvəl heç məlumatım olmayan bir sahədə baza yaratmasında və onun inkişaf etdirilməsində əvəzsiz rolu olmuşdur. Elşad Ağazadə sayəsində Python proqramlaşdırma dilini sevməyə başladım və bu dilin Web Development, Data Science və Artificial İntelligence sahələrində imkanlarının çox geniş olması, yeniliklərə açıq olan birinə öyrənmədə limitsiz imkanlar yaradır. Öyrəndiyim texnologiyalar sayəsində hal-hazırda əməkdaşlıq etdiyim bankda süni intellekt işçi robotları - chatbotların yaradılması və inkişaf etdirilməsi işini icra edirəm. Dünyaca məşhur trend dillər arasında ilk pillələrdə yer alan və iş imkanları geniş olan Javascript və Python dillərini öyrəndikdən sonra arzuladığınız iş mühitini yaratmaq və öz işinizi qurmaq üçün çox mühüm addımlar atmış olacaqsınız. Hər birinizə uğurlar arzu edirəm.

Ardı →
Card image cap
Kamil Vahabov
Apa Holding, Front-end
developer

Elşad Ağayevlə ilk tanışlığımızda onun bizə dediklərinə ilk başda şübhə ilə yanaşırdım. Çün ki, mən proqramlaşdırmadan tamamilə uzaq bir sahədən gəlmişdim və mənə eşitdiklərim reallıqdan uzaq gəlirdi. Səbəb isə bizə hər zaman "adamın" olmasa iş tapa bilməyəcəksən, savad boş şeydir, oxuyanlar ortalıqda qalıblar kimi fikirləri aşılayıblar. Lakin mən bu sahədə irəlilədikcə köhnə fikirlərin yalan olduğunu və Elşad müəllimin dediklərinin həqiqət olduğunu anlamağa başladım. Həqiqətən də mütəxəssisə hər zaman hər yerdə ehtiyac vardır. Sadəcə öyrənmə və təcrübə qazanma prosesi bir az vaxt alır və bu müddəti səbrlə səmərəli keçirmək lazımdır. Lakin sonda mütləq bəhrəsini görəcəksiniz.

Ardı →