Proqram haqqında
Proqramı tam bitirdikdə mən nə öyrənmiş olacam?
- Front-end proqramlaşdırma üçün HTML5, CSS3, JavaScript, jQuery və React.JS
- Back-end proqramlaşdırma üçün Node.JS və Express.JS
- Verilənlər bazası: MySQL (RDBMS) və MongoDB (nosql)
- Git texnologiyası, Bash script
- Virtuallaşdırma texnologiyalarından Docker və Docker-compose
- Cross-platform mobil proqramlaşdırma texnologiyası React Native və Expo
- Cross-platform desktop proqramlaşdırma texnologiyası Electron
- Data strukturları və Alqoritmlər
- Müsahibələrə hazırlaşmaq
Kurrikulumla daha ətraflı tanış olun
Niyə JavaScript?
Son 10 il ərzində JavaScript inanılmaz sürətlə inkişaf etdi və proqramlaşdırmanın demək olar ki, bütün sahələrini tutdu. Əvvəllər JavaScript yalnızca front-end üçün istifadə olunurdusa hal-hazırda tək bu dillə həm front-end, həm back-end, həm bütün mobil telefon platformaları üçün tətbiqlər və həm də desktop tətbiqlər yazmaq mümkündür. Bu proqramlaşdırma tarixində görülməmiş fantastik bir yenilikdir. Bu səbəbdən də həm sürət baxımından və həm də xərcləri aşağı salmaq baxımından JavaScript dili şirkətlərə olduqca geniş imkanlı qapılar açdı. Hal-hazırda Amerikada, xüsusən də texnologiyaların paytaxtı sayılan Silikon Vadidə ən tələb olunan və proqramlaşdırma düşərgələrində ən çox tədris olunan dil JavaScript dilidir. Onu da qeyd edək ki, orada düşərgələrin ödənişi $12.000 — $20.000 arası dəyişir. Biz sizə bu fürsəti qat-qat ucuz təqdim edirik.
Tələbələr və Mədəniyyət
Elşad Ağazadənin Proqramlaşdırma düşərgəsində hansı xüsusiyyətli tələbələr inkişaf edəcək?
Biz düşərgəmizdə araşdırıb öyrənməyi sevən cəmiyyət formalaşdırmağa çalışırıq, hansı ki, bu cəmiyyətdə hər bir tələbə iradəli, özü öz motivasiyasını hər zaman yüksək tutan, marağı yüksək olan və israrlı olmalıdır. Proqramlaşdırma hər zaman rəqabətli və sürətlə inkişaf edən sahədir. Bu səbəbdən də düşərgəni bitirdikdən sonra hər zaman öyrənməyi davam etdirməli, büdrəmələrə və çətinliklərə baxmayaraq bu sahəni sevərək davam etdirməlisiniz.
Güclü proqramçılar sosial vəziyyətindən asılı olmayaraq cəmiyyətin hər bir təbəqəsindən yetişir. Biz onların ən böyük ortaq cəhətinin gərginlik altında pozitivliyini və motivasiyasını qoruyub saxlamaq olduğunu müşahidə etmişik.
Düşərgəyə başlamaq üçün tələbələr hansı bilik və təcrübələrə sahib olmalıdır?
Əsas tələb olunan bilik məntiqli düşünmə qabiliyyəti və səthi də olsa orta məktəb riyaziyyatıdır. İngilis dili arzuolunandır. Çün ki, dərs materiallarımız ingilis dilində tərtib olunmuşdur. Google tərcümədən istifadə etmədən vaxtınıza qənaət etmək istəyirsinizsə onda ingilis dilini heç olmasa oxuyub başa düşmək səviyyəsində öyrənin. İngilis dili biliyi sizə həm də daha tez iş tapmaqda kömək edəcək. Təcrübəyə gəlincə xüsusi bir təcrübə tələb olunmur. Fərqli-fərqli sahələrdə çalışan tələbələrimiz olmuşdur. Mühasibdən tut neftçiyə, gömrük işçisindən tut çilingərə qədər.
Tələbənin bir günü necə keçir?
Tələbə dərs müddətində vaxtını mühazirəyə qulaq asmaqla və sinifdə olunmalı praktiki tapşırıqları yerinə yetirməyə sərf edir. Dərsdən sonra isə sinifdə keçilənləri təkrar etməyə, evə verilən praktiki tapşırığı qoyulmuş vaxta çatdırmaq üçün çalışır. Müəyyən vaxtlarda proyekt həftəsi elan edirik, həmən proyekt həftəsində tələbələr beş gün boyunca qrup şəklində yalnızca proyekt üzərində işləyirlər və növbəti həftənin birinci günü onun təqdimatını edirlər.
Tələb olunanlar
Verilən tapşırıq və proyektləri həll edə bilmək üçün mənə necə kompüter lazımdır?
Mərkəzi prosessoru 7-ci nəsildən köhnə olmayan, RAM minimum 4 gigabayt olan istənilən kompüter bəs edir. Əməliyyat sistemi sistemi Linux olmasını tövsiyyə edirik. Lakin əsasən Windows və ya Linux olmasının fərqi yoxdur. Əgər Mac noutbuku almaq istəyən olsa onda 2012-ci ildən köhnəsini almayın.
Tələbə xəstələndiyi halda və ya xüsusi səbəblərdən dərsləri buraxarsa onda qaydalar necədir?
Əgər tələbə üzrlü səbəb olmadan 4 dərsdən artığını buraxırsa onda həmən tələbə ilə söhbət edirik və onun düşərgəyə davam edib etməyəcəyini müzakirə edərək qərar veririk. Yox əgər xüsusi səbəblərdən və ya xəstəlik ucbatından dərs buraxılmışdırsa, bu hallar üçün biz hər bir dərsimizin video çəkilişini edirik. Videoçəkilişlərin sayəsində tələbə buraxdığı dərslərin boşluğunu doldura bilir və qrup yoldaşlarına yetişə bilir. Lakin xəbərdarlıq etmək istəyirik ki, buraxılmış dərslərin sayı 2 ilə 4 arasındadırsa onda bu boşluğu doldurmaq asan olur. Bundan artıqdırsa onda boşluğu doldurmaq tələbə üçün çətinləşir.
Məzun olduqdan sonra mən nə qədər müddətə iş tapa bilərəm?
Bunu əvvəlcədən proqnozlaşdırmaq çox çətindir. Çün ki, təcrübəmiz bizə göstərmişdir ki, düşərgəni bitirən bəzi məzunlarımız dərhal iş tapırlar və bəziləri isə bir müddət iş tapmaqda çətinlik çəkirlər. Biz bu prosesi sürətləndirmək üçün sizə öz məsləhətlərimizi verəcəyik. Bizim arzumuz odur ki, siz xarici şirkətlərlə evinizdə oturaraq işləyəsiniz. Bu yöndə sizinlə öz məsləhət və təcrübələrimizi bölüşəcəyik. Bu iş növünə "Remote" - yəni məsafəli iş deyilir. Bunun üçün ingilis diliniz normal səviyyədə olmalıdır. İstənilən halda sizə şirkətlərdə təcrübə proqramlarına qoşularaq maaşsız da olsa bir neçə ay işləyib təcrübə toplamağı məsləhət görürük.
Karyera planlama mərkəzimiz də həmçinin sizi şirkətlərə işçi kimi göndərmək üçün daim çalışacaq. Karyera planlaşdırma mərkəzimiz sizi işlə təmin etdiyi təqdirdə mərkəzimizlə sizin aranızda müqavilə bağlanacaq və bir il müddətində maaşınızın 10%-i xidmət haqqı kimi sizdən tutulacaq.
Qəbul qaydaları
Necə başlaya bilərəm?
Əgər siz intensiv öyrənməyə özünüzü hazır hiss edirsinizsə onda bizim kiçik
müraciət formamızı doldurun. Qısa müddət ərzində biz sizinlə əlaqə saxlayacağıq.
Qəbulun hansı mərhələləri var?
Mərhələlər üç addımdan ibarətdir:
- Müraciət formasının doldurulması
- Administratorla qısa onlayn görüş
- Təlimçi ilə görüş və sizi maraqlandıran sualların bir başa təlimçinin cavablandırması.
Sizi tanımaq və biliklərinizə əmin olmaq üçün nə etməliyəm?
Dərslərdən birinə pulsuz qoşula bilərsiniz, təşkil edəcəyimiz tədbirlərə və workshoplarda iştirak edə bilərsiniz, yazdığımız maraqlı məqalələri
buradan oxuya bilərsiniz.
Əgər mən düşərgəni uğurla başa vura bilməsən nə olacaq?
Düşərgənin sonunda final proyektini təhvil vermədiyiniz təqdirdə siz məzun olmuş sayılmırsız. Lakin biz sizə zəmanətli təhsil imkanından faydalanmağı təklif edəcəyik. Zəmanətli təhsil sizə növbəti düşərgəyə tam ödənişsiz qoşulmaq imkanı verir. Sizin istəyinizdən asılı olaraq növbəti düşərgədə başdan sona kimi iştirak edə və ya yalnızca çətinliyiniz olan mövzuların dərslərinə qoşula bilərsiniz. Əgər növbəti düşərgə sona çatmamış siz bizə yarımçıq qalmış final proyektinizi təhvil versəniz onda biz sizi dərhal məzun edəcəyik.