{ Əməkdaşlıq }

İŞƏ QƏBULLA BAĞLI ƏMƏKDAŞLIQ


Layihələriniz və ideyalarınız üçün bir neçə proqramçıya ehtiyac duyursunuz? Məzunlarımız tətbiq etdiyimiz metodika əsasında kompleks proqramçı statusuna malikdirlər. Yəni hər bir məzunumuz eyni zamanda həm Front-end, həm Back-end, həm iOS, həm də Android proqramçısıdır. Bundan əlavə onlar real layihələrdə təcrübə əldə etmiş proqramçılardır. Büdcənizə qənaət etməklə layihələrinizi reallaşdırmaq istəyirsinizsə məzunlarımızın xidmətlərindən faydalana bilərsiniz.

Müraciət et

PROYEKTLƏRLƏ BAĞLI ƏMƏKDAŞLIQ


Tədrislə yanaşı biz kiçik və böyük həcmli proyektlərin hazırlanması ilə də məşğuluq. Bizim komanda da öz məzunlarımızla yanaşı uzun illər təcrübəsi olan proqramçılar da çalışır. Biz bu komanda ilə istənilən çətinlikli sifarişləri qəbul edirik. Əgər sizin sizin maraqlı layihə ideyanız varsa və layihə bizim də marağımızı çəkmişdirsə, lakin büdcəniz azdırsa onda biz bu layihəni biznesinizə şərik olmaq şərti ilə sizin üçün reallaşdıra bilərik.

KORPORATİV TƏLİMLƏRLƏ BAĞLI ƏMƏKDAŞLIQ


Biz 15 ildir ki, proqramlaşdırma sahəsi üzrə bir sıra korporativ qurumla sıx əməkdaşlıq etmiş və hazırda da bəzi layihələrin ortaq icrasını davam etdiririk. Partnyorlarımız arasında Britihs Petrolium, British Council, Mərkəzi Bank kimi qurumlar da yer almaqdadır. Şirkət əməkdaşlarınızın ixtisas artımına professional dəstək üçün bizlərə müraciət edə bilərsiniz.

Müraciət et