{ Uzun illər yerli və xarici şirkətlərlə əməkdaşlıq təcrübəsi; Yüzlərlə uğurlu məzunlar; 120+ layihə; }

EACAMP Komandası müxtəlif sahələrdə

Komandamızın professional mühəndislik və təlimçilik bacarıqları

Elşad, Software Engineer

Öz proqramlaşdırma düşərgəmi yaratmamışdan əvvəl Amerikadnın Kaliforniya ştatında fəaliyyət göstərən məşhur "Berkeley Universitetinin Proqramlaşdırma düşərgəsinə" qatılaraq onların öyrətmə metodologiyasını araşdırmışam, Azərbaycana qayıtdıqdan sonra burada hal-hazırda məşhur olan kodlaşdırma düşərgələrindən birini təsis etmişəm. Bu müəssisədə yetişdirdiyim tələbələr hal-hazırda müxtəlif layihələrdə, startaplarda və şirkətlərdə proqramçı kimi öz karyeralarına davam edirlər. Bununla yanaşı mən Azərbaycanda bir çox korporativ təlimlər vermişəm. Bunun sıralarında "British Petroliumun", "Kapital Bank", "Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi", "Data Link" və s. kimi qurumlarım mütəxəssislərinə proqramlaşdırma və Data Analitika təlimləri keçmişəm. Həmçinin "Britaniya Konsulluğunun" təşkil etdiyi fiziki məhdudiyyətli şəxslərin özünü inkişaf məqsədli layihəsində iştirak edərək fiziki məhdudiyyətli şəxslərə web proqramlaşdırma ilə bağlı təlimlər keçmişəm.

Sərxan, Front-end developer

Mən yerli və xarici şirkətlərlə yanaşı Azərbaycanın ən güclü startaplarından birinin ərsəyə gəlməsinə bir front-end mühəndis kimi dəstək vermişəm. Təlimçilik isə mənim ən sevdiyim hobbimdir, uzun illər ərzində qazandığım təcrübələri insanlara çatdırmaqdan zövq alıram, yetişdirdiyim məzunlarımızın müxtəlif şirkətlərdə işləyərək bizi təmsil etməsi məni olduqca qürurlandırır və daha da həvəsləndirir.

Xəyyam, Mobile app developer (ios və android)

Mən mobil proqramlaşdırma sahəsində çox çətin və bir çoxlarının sadəcə xəyal edə biləcəyi proyektlərə imza atmışam. Bu bilik və bacarıqları mənə doğma olan "EACAMP School"-da tədris etməkdən zövq alıram və qürur duyuram. Azərbaycanda React Native Developer cəmiyyətinin həmtəsisçisi və lideriyəm.

Heydər, Front-end Engineer

Mən front-end proqramlaşdırma sahəsində Senior mütəxəssisəm. Bir çox uğurlu layihələrə imza atmışam və Azərbaycanda fəaliyyət göstərən ən uğurlu startap-lardan birinin Lead front-end developeri vəzifəsində çalışıram. EACAMP bizim evimizdir və komandam mənim ailəm kimidir. Biz bu "evində" daha da çox uğurlu mütəxəssislər yetişdirəcəyik.

Səxavət, Python Developer

Mən Python üzrə Senior developerəm. Uzun illər həm yerli və həm də xarici şirkətlərlə əməkdaşlıq edirəm. Hal-hazırda remote olaraq Avropada yerləşən şirkətlərin biri ilə əməkdaşlığım davam edir. Bu illər ərzində qazandığım təcrübələrimi tələbələrimə çatdırıram.

Dilqəm, Oracle PL/SQL developer

Mən Azərbaycanda sayılıb seçilən nadir mütəxəssislərdənəm. EACAMP-dan əvvəl fərdi şəkildə öz işlədiyim şirkətlər üçün mənim işlərimə kömək edəcək tələbələr yetişdirmişəm. Lakin EACAMP-da bunu artıq daha professional və proqramlı şəkildə etməyə başladım. Mənim yetişdirdiyim tələbələr artıq təkcə mənimçün yox həm də ölkədə fəaliyyət göstərən digər şirkətlər və bank sektorlarında fəaliyyət göstərirlər.

Emil, İqtisadçı, Data Scientist

Mən iqtisadiyyat üzrə doktoram və bu sahədə süni intellekt və data science tətbiqində uzun illər professional fəaliyyət göstərirəm. Mənim bir çox məqalələrim dünyanın nüfuzlu qəzet və jurnallarında dərc edilib. Hal-hazırda "EACAMP"-da master klas dərsləri keçirəm və bundan çox zövq alıram.

  • 300 PROYEKT
  • 1200 UĞURLU YETİRMƏ
  • 26400 İŞ SAATI